Hadisənin başvermə səbəbləri barəsində məlumat verilmir
Polşada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
"Report"un məlumatına görə, bu barədə "TVN24" telekanalı xəbər verib.
Məlumata görə, hadisə Çenstoxov şəhərinin Rudnik yaşayış məntəqəsində baş verib. Qəza zamanı 2 nəfər həlak olub.
Hadisənin başvermə səbəbləri barəsində məlumat verilmir. Qəza yerində yanğınsöndürmə texnikası işləyir.


Şərhlər