Menu

Bir fransız vərəsəliklə aldığı evdə 100 kilo qızıl tapıb!

23.11.2016, 16:03
Bir fransız vərəsəliklə aldığı evdə 100 kilo qızıl tapıb!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, qohumunun vəfat etməsindən sonra Normandiya sakini vərəsəliklə əldə etdiyi evdə gizlədilmiş 100 kilo qızılı aşkar edib. Bu barədə xəbəri «Normandie Actu» portalı yayıb.

Xəbərdə deyilir ki, kişi əvvəlcə mirasa elə də böyük maraq göstərməyib və əmlakın qiymətləndirilib satılması üçün hərrac üzrə mütəxəssis dəvət edib. Ancaq mebelin sökülməsi və çıxarılması zamanı evdə qiymətli metalın gizlədildiyi çoxsaylı gizli yerlər aşkar olunub.

Evre şəhərindəki «Qızıl qazdırma» nəticədə, varisə iki ədəd 12 kiloqramlıq qızıl külcə, 7 kiloqramlıq qızıl zənçir və 5 mindən artıq qızıl pul gətirib.

Tapıntının ümümi dəyəri 3,5 milyon avro təşkil edir. Qeyd edilir ki, evin keçmiş sahibi 50-60 il ərzində həmin qızılı qanuni yollarla əldə edib və onların sertifikatlarını da saxlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol