Menu

Türkiyədə dolların məzənnəsi yeni rekord həddə çatıb

23.11.2016, 19:13

dolar-2-7435-lira-ile-yeni-rekor-duzeye-cikti-7234366_x_4559_oTürkiyədə ABŞ dollarının məzənnəsi nağd valyuta bazarında 3,41 lirə həddini keçərək tarixi maksimal səviyyəyə çatıb.

"Report" xəbər verir ki, hazırda məzənnə 3,4160 TRY/USD-yə bərabərdir.

Buna səbəb kimi dolların qlobal valyuta bazarında güclənməsi fonunda Çin yuanı da daxil olmaqla inkişaf etməkdə olan bütün dünya valyutalarının ucuzlaşması amili göstərilir.

Qeyd edək ki, Türkiyədə ötən həftənin cümə gün ABŞ dollarının məzənnəsi 3,4080 olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol