Menu

Azərbaycan OPEK-in hasilatın azaldılmasına dair sammitində iştirak edəcək - Bloomberg

23.11.2016, 22:54

opec_170216Danışıqlar noyabrın 28-də aparılacaq

Azərbaycan və Meksika OPEK-in noyabrın 28-də keçiriləcək neft hasilatının məhdudlaşdırılmasına dair danışıqlarında iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə öz mənbələrinə istindən "Bloomberg" məlumat yayıb.

Məlumatda, həmçinin bildirilir ki, Səudiyyə Ərəbistanı Rusiyanın da OPEK-in hasilatın məhdudlaşdırılması üzrə razılaşmasına qoşulacağını gözləyir.

Bundan əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak noyabrın 28-də OPEK-in məsləhətləşmələrində iştirak edəcəyini bildirib.

Digər mənbənin məlumatına görə, Rusiya və OPEK-ə daxil olmayan digər ölkələr hər hansı bir vəd verməmişdən öncə razılaşma haqqında daha çox detal əldə etməyə çalışırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol