AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, cümə axşamı (bu gün) saat 10:40 radəsində İnquşetiyanın paytaxtı Nazran şəhərinin Nasır-Kortov munisipal dairəsində güclü partlayış baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin İnquşetiya üzrə İdarəsindən «TASS» agentliyinə məlumat verilib.
İlkin məlumata görə, xəsarət alanlar var.
İdarədən xəbər veriblər ki, ilkin versiyaya görə, partlayış məişət yanar qazının sızması nəticəsində baş verib.

Şərhlər