AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya Federasiyası (RF) Kaluqa vilayətinin iş adamları Çeçenistanın başçısı Ramzan Kadırovdan kömək istyiblər. Bu məqsədlə, şəhərin mərkəzi bazarında ticarətlə məşğul olan insanlar bir videomüraciət yazdırıblar.
Onların sözlərinə görə, yerli hakimiyyət orqanları şəhər torpaqlarını biznes-layihələr üçün vermək niyyətindədir. Bu sıradan, mərkəzi bazarın yerində park salmaq istəyirlər. Bunun nəticəsində isə insanlar iş yerlərini itirməli olacaqlar.
Müraciət iştirakçıları qeyd edirlər ki, beləliklə, Kadırovun vasitəsilə Rustya Prezidenti Vladimir Putinin «qapısını döymək» fikrindədirlər.

Şərhlər