Menu

Avroparlamentin sədri postundan gedir

24.11.2016, 16:54

Martin-SHults-300x211AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Avropa parlamentinin sədri Martin Şults öz postundan istefa vermək qərarına gəlib. O, Bundestaqa keçiriləcək seçkilərdə Şimali Reyn-Vestfaliyadan Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) seçki siyahısına başçılıq etmək niyyətindədir.

Şults etiraf edib ki, bu, onun üçün mürəkkəb qərardır və vəd edib ki, bundan sonra milli səviyyədə Avropa siyasətinə etimadın yüksəldilməsi istiqamətində mübarizə aparacaq.

Bundestaqa seçkilər gələn ilin sentyabr ayında keçiriləcək. Avropa parlamentinin sədri postuna Martin Şultsun varisinin adı isə hələlik məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol