AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, gələn ildən başlayaraq, Rusiyaya gələn əcnəbilərin hamısı məcburi daktiloskopik yoxlamaya cəlb olunacaqlar.
Bu, Daxili işlər nazirliyinin (DİN) təşəbbüsüdür. Daxiliş işlər nazirinin birinci müavini Aleksandr Qorovoyun sözlərinə görə, bu məsələ həmkarlarla, o cümlədən, MDB-dən olan həmkarlarla müzakirə olunacaq.
Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya İctimai palatasının nümayəndələri ölkənin daxili işlər naziri Vladimir Kolokoltsevə belə bir xahişlə müraciət ediblər ki, Avropa İttifaqından və ABŞ-dan Rusiyaya gələnlərin hamısı üçün daktiloskopik yoxlama tətbiq olunsun. Onlar hesab edirlər ki, bu, rusiyalıların terrorçulardan mühafizəsi məsələsində əlavə tədbirə çevrilməlidir.


Şərhlər