Menu

Bakıda mənzildə partlayış baş verib - FOTO

24.11.2016, 22:51
Bakıda mənzildə partlayış baş verib - FOTO

Hadisə nəticəsində xəsarət alan olmayıb

Bakıda mənzildə qaz sızması nəticəsində partlayış olub, yanğın baş verib.

"Report"un xəbərinə görə görə, hadisə paytaxtın Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, 6, mənzil 19-da qeydə alınıb.

Mənzildə yaşayış olmadığından xəsarət alan yoxdur. Partlayış nəticəsində mənzilin şüşələri maşınların üzərinə tökülüb, iki maşına ziyan dəyib. Yanğın yuxarıdakı mənzilə də keçib, sakinlər təxliyə edilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürməyə çalışırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol