Menu

"Ölüm cəzasını bərpa etməyə hazıram"

25.11.2016, 19:53

page_murat-belge-erdogan-sanki-ataturkle-yolundan-rayindan-cikmis-bir-seyi-dogru-yoluna-geri-getiriyor_448052131Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölüm cəzasını bərpa etməyə hazır olduğunu bəyan edib.

Trend-in məlumatına görə, bu barədə dövlət başçısı bu gün İstanbulda Nəcməddin Ərbakan adına Mərkəzin açılışında deyib.

R.T.Ərdoğan qeyd edib: "Xalqın ölüm cəzasının bərpasını istəyəcəyi və parlamentin qəbul edəcəyi təqdirdə, mən bu qərarı təsdiq etməyə hazıram".

Qeyd edək ki, Türkiyədə ölüm hökmü 2001-ci ildə ləğv olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol