Menu

Əfsanəvi Fidel Kastro vəfat edib!

26.11.2016, 09:49
Əfsanəvi Fidel Kastro vəfat edib!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Kuba inqilabının lideri əfsanəvi Fidel Kastro 90 yaşında vəfat edib. Xəbəri Kuba lideri, Fidelin qardaşı Raul Kastroya istinadla «Frans Press» agentliyi yayıb. Fidelin ölümü həm də Kuba televiziyası ilə elan olunub.

Fidel - Kuba inqilabçısı, dövlət və siyasət xadimidir. O, 13 avqust 1926-cı il tarixində anadan olub. 1976-cı ilin dekabrından başlayaraq, 30 il ərzində Kuba Dövlət Şurasının və Nazirlər sovetinin sədri olub və eyni zamanda ölkənin İnqilab qüvvələrinin Ali Baş komandanı və Milli müdafiə Şurasının sədri vəzifələrini daşıyıb.

Sağlıq durumunun pisləşməsi səbəbilə, Fidel Kastro 31 iyun 2006-cı il tarixində öz vəzifələrini və Dövlət Şurasının və Nazirlər sovetinin başçısı səlahiyyətlərini öz qardaşı Raul Kastroya ötürüb.

Allah rəhmət eləsin!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol