AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Böyük Britaniya sakinlərinə Avropa İttifaqı pasportlarını satın almaq təklif olunacaq. Söhbət o şəxslərdən gedir ki, onlar «Brexit»dən sonra Avropa İttifaqı (Aİ) vətəndaşlığını saxlamaq arzusunda olacaqlar.
Bu barədə, Brüsselin tərəfindən «Brexit» danışıqlarına məsul edilmiş belçikalı siyasətçinin bəyanatına istinadla «Tayms» qəzeti yazıb. Bu arzuda olanlar illik üzvlük haqqının qarşılığında Avropa İttifaqı vətəndaşlığının verdiyi bütün güzəştlərdən istifadə edə biləcəklər.
Təkliflər sırasında Aİ vətəndaşlığı pasportlarının pulsuz verilməsi variantı da yer alıb. Bu məsələ üzrə səsvermə dekabrın 8-ə təyin olunub.


Şərhlər