Menu

Ukrayna Kerç boğazında raket sınaqları keçirəcək?

26.11.2016, 14:25
Ukrayna Kerç boğazında raket sınaqları keçirəcək?

«AzPolitika.info»-nun Ukrayna KİV-ə istinadla yaydığı məlumata görə, Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov bəyan edib ki, ölkəsi Kerç boğazında raket sınaqları keçirmək niyyətində deyil. Xəbəri «İnterfaks» agentliyi yayıb.

Turçinov onu da qeyd edib ki, planlaşdırılan bütün sınaqlar beynəlxalq razılaşmalar və öhdəliklər çərçivəsində həyata keçiriləcək.

Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya Müdafiə Nazirliyi (MN) Ukrayna səfirliyinin müdafiə məsələləri üzrə attaşesini idarəyə dəvət edib. Dəvətdə məqsəd, guya Ukraynanın Krım yaxınlığında raket sınaqları keçirmək planları ilə bağlı attaşeyə hərbi-diplomatik nota təqdim etməkdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol