Menu

1,3 milyon nəfər prezidentin istefasını tələb etdi- VİDEO

26.11.2016, 22:43
1,3 milyon nəfər prezidentin istefasını tələb etdi- VİDEO

Bu gün Cənubi Koreyanın paytaxtı Seul şəhərində misli-bərabəri görünməmiş etiraz aksiyası keçirilib.Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, 1 milyon 300 min nəfər küçəyə çıxaraq XXI əsrin ən böyük etiraz aksiyasını keçirib. Tələb isə prezident Pak Kın Xenin istefasıdır.

Xanım Pak Kın Xe artıq həbsdə olan rəfiqəsi Soy Sun Sillə əlaqəsinə görə ittiham olunur. Ehtimal edilir ki, prezident qızının Cənubi Koreyanın ən nüfuzlu ali məktəblərindən birində təhsilinin ödənişini etdiyi üçün dövlət vəsaitlərini mənimsəyib.

Prezidentin iqamətgahında bu ittihamlarla bağlı axtarış keçirilib, özü isə müstəntiqin qəbuluna dəvət olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol