Menu

Türkiyə şəhid verdi - 4 terrorçu öldürüldü

26.11.2016, 21:13
Türkiyə şəhid verdi - 4 terrorçu öldürüldü

Türkiyənin Hakkari vilayətinin Şəmdinli mahalında terrorçuların Gerdan Təpə hərbi bazasına təşkil etdiyi silahlı hücum nəticəsində 1 əsgər şəhid olub.Axar.az xəbər verir ki, hadisədən sonra bölgədə genişmiqyaslı əməliyyatlara başlanılıb.

Bundan əlavə, Şırnakın Cudi dağında təhlükəsizlik qüvvələri tərəfindən 2 PKK-çı zərərsizləşdirilib.

Qeyd edək ki, məlumatda 2 gün öncə daha 2 terrorçunun öldürüldüyü açıqlanmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol