Menu

Netanyahu Fələstin liderinə təşəkkür edib

27.11.2016, 00:34
Netanyahu Fələstin liderinə təşəkkür edib

İsrailin baş naziri Benyamin Netanyahu noyabrın 26-sı axşam Fələstin Administrasiyasının lideri Mahmud Abbasa zəng edərək yanğınların söndürülməsində göstərdiyi köməkliyə görə minnətdarlığını bildirib.

Netanyahu Abbasa Hayfa və Yerusəlim ətrafı rayonlarda yanğınla mübarizədə iştirak edən səkkiz yanğınsöndürən qrupun göndərilməsi və göstərilən yardıma görə təşəkkürünü ifadə edib.

İsrailin hökumət başçısı bildirib ki, yəhudilər və ərəblər yanğınlardan xilas olaraq öz evlərini tərk etmək məcburiyyətində qalan insanları birgə qəbul ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol