Menu

Prezidentlərin Almaniyada görüşəcəyi hələ dəqiq deyil

27.11.2016, 20:57
Prezidentlərin Almaniyada görüşəcəyi hələ dəqiq deyil

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Almaniyanın Hamburq şəhərində görüşəcəkləri hələ dəqiq deyil.

Bunu tert.am-a açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçəryan deyib.

O hər iki tərəfin görüşə hazır olması ilə bağlı qeydə belə cavab verib: "Görüş olanda, xəbər veriləcək. Daha dəqiq desək, əgər olarsa…".

Şavarş Koçəryan, həmçinin görüşün baş tutmasının nədən asılı olmasına dair sualı cavablandırmayıb.("Report")

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol