Azərbaycan, Ermənistan, Tacikistan, Özbəkistan və Çin vətəndaşları Rusiya şəhərlərində yaşayan gənclərdə qıcıq doğururlar.Virtualaz.org polit.ru-ya istinadən bildirir ki, bunu Sankt-Peterburqdakı Ali İqtisad Məktəbi (AİM) Gənclərin Tədqiqat Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələri də təsdiq edir.
Bu sorğular artıq uzun müddətdir hər ilin axınında keçirilir və Rusiya şəhərlərində yaşayan gənclərin başqa ölkələrə münasibətini müəyyənləşdirməyə kömək edir.
"Etniklərarası qarşılıqlı təsirin yaradıcı sahələri və Rusiya şəhərləri gənclərinin mədəni səhnələri" layihəsi çərçivəsində keçirilən 2015-2016-cı il sorğusunda Sankt-Peterburqun, Kazanın, Ulyanovskun və Mahaçqalanın ali və orta təhsil müəssisələrinin 3200 tələbəsi iştirak edib. Respondentlərdən başqa ölkələrə münasibətləri haqda soruşublar: hansı ölkələrə rəğbət bəsləyir və əksinə, hansıları xoşlamırlar.
Gənclər tərəfindən ən çox "antipatiya" bəslənən ölkələr ABŞ və Ukrayna olub.
Qıcıq doğuran on ölkə siyahısında Rusiyaya qazanc üçün gələn keçmiş Sovet respublikalarının - Tacikistan, Özbəkistan, Ermənistan və Azərbaycan, həmçinin Çin vətəndaşları liderlik edirlər.
Rusiya gənclərinin simpatiyası üzrə aparıcı mövqeləri isə Avropa ölkələri - Almaniya, Fransa, İtaliya, Böyük Britaniya və İspaniya tutublar.


Şərhlər