Menu

Banqladeş baş nazirinin təyyarəsi Aşqabadda təcili eniş etdi

27.11.2016, 21:25
Banqladeş baş nazirinin təyyarəsi Aşqabadda təcili eniş etdi

Banqladeşin baş naziri Şeyx Hasin Vazedə məxsus "Boeing" təyyarəsi Türkmənistanın paytaxtı Aşqabad şəhərində təcili eniş edib.Bu barədə TASS məlumat yayıb.

Məlumata görə, təyyarə Dəkkədən Macarıstanın paytaxtı Budapeştə uçurmuş. Lakin hava maşınında texniki nasazlıq yaranıb. Hadisə zamanı heç bir sərnişin xəsarət almayıb. Xəbərdə hazırda bütün sərnişinlərin təhlükəsiz şəraitdə olduğu qeyd edilir.

Banqladeşin mülki aviasiya naziri Rəşid Xan Menonun sözlərinə görə, hadisə vaxtı təyyarənin göyərtəsində 99 sərnişin və 22 ekipaj üzvü olub.("Report")

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol