Menu

Almaniyanın prezidenti Avrointeqrasiyanın əleyhinə çıxış edib

28.11.2016, 15:18
Almaniyanın prezidenti Avrointeqrasiyanın əleyhinə çıxış edib

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Almaniya Federativ Respublikasının (AFR) Prezidenti Yoahim Hauk ölkəsinin Avropa İttifaqına (Aİ) gələcək inteqrasiyasının əleyhinə çıxış edib və gələcək fəaliyyəti müəyyən etmək məqsədilə pauza götürməyi məsləhət görüb. Bu barədə prezident «Welt am Sonntag» qəzetinə verdiyi müsahibədə bəyan edib.

«Biz, Avropa ittifaqı ilə əla konsept işləyib hazırlamışıq - keçmiş nəsillərin yalnız arzu edə biləcəyi sülh lyihəsi » - deyə, Hauk qeyd edib.

Ancaq AFR Prezidentinin fikrincə avrointeqrasiya heç də hər zaman dəstək qazana bilmir: «Amma daha sıx birləşmək yolunda biz bəzi hallarda lüzumsuz qədər sürətli olduq. Bu səbəbdən da bizim bütün vətəndaşlarımız bizim ardımızca gələ bilmədi və ya gəlmək istəmədi» - deyə, prezident izah edib.

Haukun sözlərinə görə, bu məsələ onun üçün narahatlıq predmetinə çevrilib: «Ümumilikdə, biz fasilə barədə düşünməliyik və fasilə müddətində hansı ahənglə, hansı məqsədə çatmaq istədiyimizi müzakirə etməliyik» - deyə, Hauk fikrini tamamlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol