AzPllitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiya raket əleyhinə müdafiə sistemini möhkəmlətmək qərarına gəlib. Bu məqsədlə 2016-cı maliyyə ilində Tokio əlavə olaraq 2 milyard dollar da xərcləmək niyyətindədir. Bu vəsait hökumət tərəfindən dekabrın ortalarında qəbul ediləcək büdcəyə düzəliş layihəsinə əlavə olunacaq. Xəbəri «The Japan News» nəşri yayıb.
Bu vəsaitin böyük hissəsi «Ratriot PAC-3» mobil raket əleyhinə müdafiə kompleksi üçün təkmiləşdirilmiş raketlərin alınmasına yönəldiləcək. Hazırda istismarda olan raketlər 20 kilometr məsafədəki hədəfləri vura bilir. Yeni raketlərlə bu göstərici praktiki olaraq, 2 dəfə artacaq. Raket əleyhinə komplekslərin izləmə və yönəltmə sistemlərinin modernləşdirilməsi də təxmin olunur. Bu qurğularla Yaponiya hərbi-dəniz qüvvələrinin (HDQ) gəmiləri təchiz olunub.
Bu il Koreya Xalq Demokratik Respublikası özünün ballistik raketlərini artıq 20 dəfə sınaqdan keçirib və ekspertlərin fikrincə, raketlərin işlənməsi istiqamətində gözə çarpacaq dərəcədə nailiyyət əldə edib. Ötən cümə günü Tokioda keçirdiyi mətbuat konfransında Yaponiyanın müdafiə naziri Tomomi İnada xəbər verib ki, Tokio özünün raket əleyhinə müdafiə sistemini möhkəmlətmək məqsədilə əlavə silah-sursat almağı planlaşdırır. Nazir həm də işarə edib ki, hazırda «TNAAD» sistemli Amerika komplekslərinin alınmasının məqsədəuyğunluğu məsələsinə baxılır.
«Kiodo» informasiya agentliyinin məlumatına görə, yaxın vaxtlarda Yaoniyanın müdafiə idarəsində bu məqsədlə xüsusi komitə yaradılacaq. Komitə gələn ilin yayına qədər müvafiq tövsiyyələr hazırlamalıdır.
Dekabrın ortalarında İnada Amerikanın Quam adasına səfər etmək niyyətindədir. Nazir burada yerləşdirilmiş TNAAD kompleksləri ilə tanış olmaq fikrindədir.


Şərhlər