Menu

23 yaşlı gənc özünü qapıdan asdı

29.11.2016, 09:58
23 yaşlı gənc özünü qapıdan asdı

Bakıda intihar hadisəsi baş verib. Bu barədə Trend-ə Səbail rayon Prokurorluğundan məlumat verilib.

Hadisə rayonun İbrahim Xəlil küçəsi, 16 saylı mənzildə baş verib. Həmin mənzildə yaşayan 1993-cü il təvəllüdlü Şirvanov Samid Arif oğlu özünü yaşadığı evin giriş qapısından asaraq intihar edib.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol