Menu

DOLLAR SÜRƏTLƏ BAHALAŞIR - Yeni məzənnə açıqlandı

29.11.2016, 20:08
DOLLAR SÜRƏTLƏ BAHALAŞIR - Yeni məzənnə açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının noyabrın 30-na rəsmi məzənnəsini 1,7318 AZN/USD səviyyəsində müəyyən edib.

AMB-dən verilən məlumata görə, bu, məzənnənin 0,42% yüksəlməsi deməkdir.

Qeyd edək ki, noyabrın 29-da rəsmi məzənnə 1,7246 AZN/USD olub.

* * *

Rəsmi məzənnə qalxdıqca kommersiya bankları da dolların alış və satış qiymətlərini qaldırırlar.

Marja” xəbər verir ki,artıq banklarda dolların satış qiyməti 1.80 manata yaxınlaşır.

Məsələn, bu gün səhər 1 dolları Amrahbank 1.7935 manata, Kapital Bank 1.7935 manata, Expressbank 1.7935 manata, UniBank 1.7935 manata, AFB Bank 1.7935 manata, Bank VTB (Azərbaycan)1.7935 manata, UniBank 1.7935 manata, PAŞA Bank 1.7935 manata, Muğanbank 1.7935 manata satır.

29 noyabr 2016-cı il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərracın sonunda dolların məzənnəsi yenidən artıb.

Hərrac 1 ABŞ dolları üçün 1,7246 məzənnəsi ilə başlamış və 1,7306 məzənnəsi ilə yekunlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol