Azərbaycanda 2 yaşlı uşaq yanıb.
APA-nın məlumatına görə, hadisə Füzuli rayonunda qeydə alınıb. Rayona qonaq gedən Bakı şəhər sakini, 2014-cü il təvəllüdlü Surxay Rövşən oğlu Hüseynov qaynar qazanın içinə yıxılıb. Nəticədə ağır yanıq xəsarətləri alan azyaşlı təcilli olaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər