Milli Məclis bu gün keçirilən iclasda Serbiyada avtomobil yolunun tikintisinə Bakının ayrdığı kreditin istifadəsi müddətinin uzadılmasını təsdiq edib.
Xəbər verildiyi kimi, 2012-ci ilin fevralında iki ölkə hökuməti arasında 300 mln. avro məbləğində kredit sazişi imzalanıb. 2016-cı ilin sentyabr ayında tərəflər ilkin sənədə dəyişikliklərin daxil edilməsinə dair saziş imzalayıblar. Sənədə əsasən, kreditin istifadə müddəti iki il müdətinə uzadılıb.
Buna səbəb, Serbiyada yolun tikintisinə başlamazdan öncə sənədləşmə və lisenziya əldə etmək mərhələsində ləngimədir.
Xəbər verildiyi kimi, layihənin podratçısı olan Azərbaycanın “AzVirt MMC” şirkətiyolun tikintisini artıq başa çatdırıb. Avtomobil yolunun rəsmi açılış mərasimi keçirilib. Lakin, sazişə əsasən, daha bir il sınaq müddəti lazımdır. Bu səbəbdən, sazişə dəyişikliklər daxil edilməlidir.
Həmin dəyişikliklər kreditin ödənilməsi müddətinə aid deyil.
300 mln. avro məbləğındə kredit dövlət zəmanəti ilə 15 il müddətinə, illik 4%-lə verilib.
Azərbaycan Serbiya və Makedoniya arasında arasında “11-ci Dəhliz” magistralının Liq-Prelina hissənin tikintisi üçün Serbiyaya 300 mln. avro həcmində kredit ayırıb. /“İnterfaks-Azərbaycan”


Şərhlər