Menu

"Xəzərdə beynəlxalq hərbi oyunları keçirməyə hazırıq” - Zakir Həsənov

30.11.2016, 15:15
"Xəzərdə beynəlxalq hərbi oyunları keçirməyə hazırıq” - Zakir Həsənov

“Azərbaycan gələn il Rusiyanın dəstəyi ilə "Xəzər kuboku" beynəlxalq hərbi oyunlarını keçirməyə hazırdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşü zamanı deyib.

O, Azərbaycan hərbçilərinin məmnuniyyətlə beynəlxalq hərbi oyunlarda iştirak etdiyi vurğulayıb: "Ümid edirəm ki, Rusiyanın texniki dəstəyi ilə "Xəzər Kuboku"nu Azərbaycanın ərazi sularında təşkil edəcəyik".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol