Menu

«Avropa müdafiə fondu yaradılsın» - Avropa komissiyası

30.11.2016, 23:26
«Avropa müdafiə fondu yaradılsın» - Avropa komissiyası

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla yaydığı xəbərə görə, Avropa komissiyası (AK) qitənin təhlükəsizliyi üzrə yeni strategiya çərçivəsində Avropa müdafiə fondu yaratmaq təklifi ilə çıxış edib.

Bu barədə Brüsseldə keçirdiyi mətbuat konfransında məşğulluq, iqtisadi yüksəliş və rəqabət qabiliyyətlilik məsələləri üzrə Avropa komissarı Yurki Kataynen bəyan edib.

«İnvestisiyaların dəstəklənməsi, birgə tədqiqatların aparılması və hərbi texnika-texnologiyaların işlənib hazırlanması üçün biz, Avropa müdafiə fondu yaratmağı təklif edirik»-deyə, komissar qeyd edib.

Avrokomissarın bəyanatında dəqiqləşdirilir ki, nəzərdə tutulan fond «bir-birini tamamlayacaq, amma hüquqi strtukturuna və büdcə mənbələrinə görə müxtəlif olan iki «pəncərə»ni əhatə edəcək. «Tədqiqat pəncərəsi» - innovasiya-müdafiə texnologiyaları (elektronika, metalmateriallar, şifrələnmiş proqram təminatları və ya robototexnika) sferasını maliyyələşdirmək üçündür. Avropa komissiyası artıq Avropa İttifqının (Aİ) büdcəsi çərçivəsində müdafiə tədqiqatları üçün 25 milyon avro təklif edib və bu ayırmaların 2020-ci ilə qədər ümumilikdə, 90 milyon avroya yüksələcəyini gözləyir. 2020-ci ildən sonra Avrokomissiya 500 milyon avroluq xüsusi müdafiə tədqiqatları proqramını təklif etmək niyyətindədir» - deyə, sənəddə izah olunur.

İkincisi isə «İmkanlar pəncərəsi»dir - maiyyə instrumenti rolunda çıxış edəcək və məsrəfləri azaltmaq üçün Aİ-a üzv olan ölkələrə müəyyən hərbi texnikaları birlikdə əldə etməyə imkanı yaradacaq. «Məsələn, dövlətlər öz xərclərini azaltmaq məqsədilə pilotsuz uçaqlar və ya topdansatış vertolyotlar istehsalı texnologiyalarını birgə maliyyələşdirə biləcəklər. Bu «pəncərə» hər il 5 milyard dollara yaxın vəsaiti səfərbər etmək qabiliyyətində olmalıdır...»

Fondun Avropa müdafiə və təhlükəsizlik planı çərçivəsində yaradılması nəzərdə tutulur. Plan Aİ Şurası tərəfindən noyabrın 14-də təsdiqlənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol