Menu

Azərbaycan Gürcüstan və Ermənistandan geri qalır - Orta aylıq əmək haqqı səviyyəsinə görə

01.12.2016, 20:30
Azərbaycan Gürcüstan və Ermənistandan geri qalır - Orta aylıq əmək haqqı səviyyəsinə görə

Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, Azərbaycanda orta aylıq əmək haqqı haqqında məlumat olan 71 ölkə arasında ən aşağı əmək haqlarından biridir.

InvestorSсholl.ru saytında dərc olunmuş materiala əsasən, ən yüksək orta aylıq əmək haqqı Lüksemburqdadır - 3722 dollar.

Azərbaycan orta əmək haqqı 303 dollar olmaqla, ən son yerlərdən birini tutur, 430 və 404 dollarlıq göstəricilərlə müvafiq olaraq 55 və 57-ci yerləri tutan Gürcüstan və Ermənistandan geridə qalır.

Azərbaycanın göstəricisi bir çox Afrika və Asiya ölkələrindən, həmçinin Avropanın yoxsul ölkələrindən - Bolqarıstan, Bosniya və bir sıra digərlərindən aşağıdır. Moldova, Monqolustan, Tacikistan, Qırğızıstan və Suriyada vəziyyət daha pisdir. /"Turan"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol