Menu

Rusiyanın valyuta ehtiyatları daha 4 mlrd. dollar azalıb

01.12.2016, 18:12
Rusiyanın valyuta ehtiyatları daha 4 mlrd. dollar azalıb

Rusiyanın qızıl-valyuta ehtiyatlarının həcmi 19-25 noyabr hesabat həftəsində 3,7 mlrd. ABŞ dolları və ya 0,95% azalaraq 385,7 mlrd. dollar təşkil edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya Bankı (Mərkəzi Bank) məlumat yayıb.

Rusiyanın qızıl-valyuta ehtiyatları 12-18 noyabr həftəsində də 3,7 mlrd. dollar və ya 0,94% azalma göstərib. Beləliklə, Rusiaynın qızıl-valyuta ehtiyatlarında azalma 2 həftə ərzində 7,4 mlrd. dollar və ya 1,9% olub.

Xatırladaq ki, Rusianın qızıl-valyuta ehtiyatları özündə Mərkəzi Bank, Rifah Fondu və Ehtiyat Fondunun aktivlərini birləşdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol