AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, 2016-cı ildə Yer planetinin sakinlərinin sayı 7,433 milyard nəfərə çatıb. Məlumatı Birləşmiş Millətlər Təşkilatı Əhali Fondunun (BMT ƏF) illik hesabatına istinadla «AR» agentliyi yayıb. Hesabat cümə axşamı Əmmanda elan olunub.
Hesabata əsasən cari ildə planet əlahisinin artımı 1,1 faiz (80,8 milyon nəfərə yaxın) təşkil edib. Ötən 2015-ci ildə isə Yer sakinlərinin sayı 7,349 milyard nəfər olub.
Bundan başqa, hesabatda qeyd olunur ki, Yerin cavan əhalisinin (24 yaşa qədər) təxminən yarısı kişilərin xeyrinə olmaqla, gender əlamətlərinə görə diskriminasiyaya məruz qalır.


Şərhlər