Menu

Şuranın dəstəklədiyi layihəyə yekun vuruldu - Fotolar

03.12.2016, 10:13
Şuranın dəstəklədiyi layihəyə yekun vuruldu - Fotolar

Azərbaycan respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən “Dini radikal cərəyanlara qarşı mübarizədə maarifləndirmə” mövzusundakı layihəyə Xaçmaz rayonunda yekun vurulub.

İki gün davam edən layihə iştirakçılar tərəfindən maraqla qarşılanıb. Xaçmaz şəhər peşə litseyi məktəbində keçirilən tədbirdə dini radikalizmin nə olduğu, onun yaranma səbəbləri, cəmiyyət üçün nə qədər təhlükəli olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb. İctimai Birliyin sonuncu tədbiri Xaçmaz rayon Xudat qəsəbəsi şəhid Kərim Məhərrəmov adına 3 saylı tam orta məktəbində keçirilib.

[gallery size="full" columns="5" ids="274237,274238,274239,274240,274241"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol