Menu

İndoneziyada təyyarə qəzası: 13 nəfər həyatını itirib

04.12.2016, 19:15
İndoneziyada təyyarə qəzası: 13 nəfər həyatını itirib

İndoneziyanın Riau əyalətində qəzaya uğurayan təyyarə suya düşdükdən sonra partlayıb.

Musavat.com "Reuters" agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 13 nəfər həyatını itirib.

Yerli polis başçısı Sambudi Qusdiana qəza haqqında məlumatı yerli sakinlər və balıqçılardan aldıqlarını bildirib. Qusdianın sözlərinə görə, balıqçılar qəzadan dərhal sonra hadisə yerinə gedərək, orada sərnişinlərin meyitlərini tapıblar.

Məlumata görə, "M-28 Skytrusk" təyyarəsi hüquq mühafizə orqanlarının tabeliyində olub. Qəzanın dekabrın 3-də olduğu bildirilir. Təyyarə ilə əlaqə yerli vaxtla 11.22-də kəsilib və orada 13 nəfərin olduğu qeyd edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol