Menu

«Rusiya ABŞ üçün bir nömrəli təhlükədir!» - ABŞ HHQ naziri

05.12.2016, 10:49
«Rusiya ABŞ üçün bir nömrəli təhlükədir!» - ABŞ HHQ naziri

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-hava qüvvələri (HHQ) naziri Debora Li Ceyms ölkəsi üçün Rusiyanı bir nömrəli təhlükə adlandırıb.

«Rusiya ABŞ üçün bir nömrəli təhlükədir. Bizə çoxsaylı təhlükələr var - biz, onlarla məşğuluq. Ancaq Rusiya nüvə aspekti baxımından ABŞ üçün real təhlükə ola bilər» - deyə, nazir Reyqan adına illik milli müdafiə Forumunda (Kaliforniya) «Reyter» agentliyinə danışıb.

ABŞ müdafİə nazirinin müavini Frenk Kendall isə öz növbəsində, bəyan edib ki, əgər əvvəllər ABŞ-;n siyasəti Asiya-Sakit okean bölgəsi və Yaxın Şərqən gələn təhlükələrə yönəlmişdisə, indi bu, daha çox Rusiyaya fokuslanıb.

«Onların davranışlarına görə, biz, imkanlar balansına yenidən baxmalı olduq - bu, bizə lazım olacaq» - deyə, Kendall bəyan edib.

ABŞ qərargah rəisləri birləşmiş komitəsinin sədri Cozef Danford Rusiyanın məqsədinin NATO ilə qarşıdurmaya getmək və onun nüfuzunu laxlatmaqdan, eyni zamanda ABŞ silahlı qüvvələrinin bütün dünyada hərbi iştirakını məhdudlaşdırmaqan ibarət olduğunu deyib.

Bundan əvvəl Kremldə bəyan etmişdilər ki, Rusiya heç kim üçün təhlükə deyil, amma özü üçün potensial təhlükəli maraqları da diqqətdən kənarda qoymayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol