AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-n yeni seçilmiş Prezidenti Donald Tramp yuanı devalvasyaya uğratdığına, Çinə idxal olunan ABŞ məhsullarına yüksək vergi tətbiq etdiyinə və Cənubi Çin dənizində hərbi kompleks inşa etdiyinə görə, Çini tənqid atəşinə tutub.
«Çin bizdən soruşdumu ki, onların valyutasının devalvasiyaya uğraması (bu, bizim şirkətlər üçün rəqabəti mürəkkəbləşdirir), onların ölkəsinə gedən bizim məhsullar üçün yüksək vergi dərəcələrinin tətbiq olunması və ya Cənubi Çin dənizinin ortasında irimiqyaslı hərbi kompleks inşa edilməsi bizim üçün yaxşıdır, ya yox?» - deyə, Tramp özünün «Twitter» mikrobloqunda yazıb.
Bundan əvvəl isə məlum olub ki, Tramp Tayvan administrasiyasının başçısı Tsay İnvenlə telefon danışığı aparıb.
Bu, ABŞ Prezidenti (və ya yeni seçilmiş Prezidenti) ilə Tayavan başçısı arasında 1979-cu ildən (Vaşinqtonla Tayvan arasında diplomatik əlaqənin dayandılması tarixi) bəri ilk telefon danışığı olduğu ehtimal edilir.
Çinin xarici işlər naziri Van İ bu danışıqdan sonra ümid etdiyini bildirib ki, Pekinlə Vaşinqton arasında münasibətlər bundan zərər çəkməyəcək.

Şərhlər