Menu

"Nəyin nə zaman qüvvəyə minəcəyini görəcəksiniz" - Binali Yıldırım

05.12.2016, 21:43

binali_yildirim_030616Konstitusiya dəyişiklikləri ilə bağlı təklif bu həftə parlamentə göndəriləcək.Axar.az xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım AKP qərargahında jurnalistlərə açıqlamasında deyib.

“İnsanlar danışa-danışa məlum olur. Qüsur varsa, müzakirələrlə həll olunur. Hər şeyin bir həll yolu var. Burada çərçivəli dəyişiklikdən söhbət gedir. Şübhə üçün əsas yoxdur, hər şey ortadadır. Nəyin nə zaman qüvvəyə minəcəyini görəcəksiniz.

Qanun layihəsini MHP ilə müzakirə edirik. Təklifi verənə qədər danışıqlarımız davam edəcək. Konstitusiya ilə bağlı istədiyimiz dəyişikliklər olacaq”, - Yıldırım qeyd edib.

Baş nazir görüləcək iqtisadi tədbirlər barədə cümə axşamı ictimaiyyətə məlumat veriləcəyini deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol