Menu

İtaliya prezidenti Renzinin istefasını təxirə salıb

06.12.2016, 00:27
İtaliya prezidenti Renzinin istefasını təxirə salıb

İtaliyanın prezidenti Sergio Mattarella baş nazir Matteo Renzidən 2017-ci ilin dövlət büdcəsinin təsdiqinədək istefaya getməməyə xahiş edib.

APA-nın Reuters agentliynə istinadən verdiyi xəbərə görə, adıçəkilən qanun İtaliya Senatı tərəfindən dekabrın 9-da qəbul edilə bilər.

Qeyd edək ki, Matteo Renzi İtaliya konstitusiyasına dəyişikliklərə dair referendumun yekunları ilə əlaqədar istefa verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol