Menu

«İtirilmiş 2 təyyarə Rusiyaya 6 milyard rubla «oturdu»» - Bloger Adaqamov

06.12.2016, 17:23
«İtirilmiş 2 təyyarə Rusiyaya 6 milyard rubla «oturdu»» - Bloger Adaqamov

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, qəzaya uğramış Su-33 təyyarəsi üçün «tros»un istehsal edildiyi zavodda və «Admiral Kuznetsov» avidaşıyıcı kreyserində yoxlamalar gedir. Bu barədə Rusiyalı bloger Rustam Adaqamov özünün «Tvitter»-ində yazır.

«Müdafiə nazirliyindəki (MN) mənbələr xəbər verirlər ki, «tros»ların istehsal olunduğu zavodda və «Admiral Kuznetsov»da yoxlamalar başlanıb. Hansısa «murdar olmuş tros» səbəbilə «Kuze»nin («Kuznetsov - red.») itirdiyi 2 təyyarə büdcəyə demək olar, 6 milyard rubla (40 milyon dollar+50 milyon dollar) «oturub»»-deyə, bloger qeyd edir.

Xatırladaq ki, Su-33 qırıcısı bu ərəfədə qəzaya uğrayıb - bu barədə xəbər vermişik. O, kreyserin göyərtəsinə eniş edərkən «əyləcləməyə» macal tapmayıb. Müdafiə nazirliyi xəbər verib ki, bu, «aerofinişyor trosu»nun qırılması səbəbindən baş verib. Pilot «katapulta» edə bilib və xilas olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol