Menu

İki nəfər dəm qazından zəhərlənib

07.12.2016, 20:09
İki nəfər dəm qazından zəhərlənib

Şamaxı rayonunda iki nəfər dəm qazından zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Muğanlı qəsəbə sakini, 1993-cü il təvəllüdlü Nağıyeva Leyla Güləndər qızı və Şamaxı şəhər sakini, 1989-cu il təvəllüdlü Vəliyeva Lalə Fazil qızı hamam otağında çimərkən kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən içəri daxil olan dəm qazından zəhərlənib.

Ailə üzvlərinin köməkliyi ilə hər iki xəstə Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Həkimlərin səyi nəticəsində onların həyatı xilas edilib. Xəstələrdən birinin vəziyyəti ağır olduğu üçün müalicə məqsədilə Bakı şəhərinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol