Menu

 27 yaşlı qadın qətlə yetirilib - Gəncədə

07.12.2016, 23:23

bicaqGəncədə qətl hadisəsi törədilib.

APA-nın verdiyi məlumata görə, hadisə şəhərin Adil xan Ziyadxanov küçəsində yerləşən 8 mərtəbəli binanın 7-ci mərtəbəsində olan mənzildə qeydə alınıb.

Mənzildə yaşayan 1989-cu il təvəllüdlü Səadət Verdiyeva boğaz nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib. Qadının kim tərəfindən öldürülməsi hələ ki, məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol