Menu

Sabiq TBMM sədri İsmət Sezgin vəfat edib

07.12.2016, 23:35
Sabiq TBMM sədri İsmət Sezgin vəfat edib

Sabiq Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Sezgin 88 yaşında vəfat edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Gülhane Hərbi Tibb Akademiyasında ürək çatışmazlığı ilə əlaqədar müalicə alan İ.Sezgin bu gün axşam saatlarında dünyasını dəyişib.

1928-ci ildə anadan olan İsmət Sezgin müxtəlif vaxtlarda TBMM-nin sədri və Türkiyənin baş nazirinin müavini, həmçinin müdafiə naziri vəzifələrində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol