“O oğlanı tanımırıq, tanımırıq, tanımırıq! Vəssalam! “Yeni Müsavat”ın yazdıqlarına şərh vermək istəmirəm, vəssalam. Bir kampaniyadır, başladıb, onlara cavab vermirik”.Bu sözləri Teleqraf.com-a açıqlamasına deputat Elton Məmmədov deyib.
O, “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunu döyməyi sifariş verən Tural Bayramovun oğlu Aynar Məmmədovla əlaqəsinin olub-olmaması barədə danışmaq istəməyib.
Qeyd edək ki, yayılan məlumatlara görə, “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunu döyən şəxs istintaqa etiraflar edib. O, jurnalistin döyülməsi barədə Tural Bayramovdan sifariş aldığını bildirib. K-1 döyüş növü üzrə tanınmış idmançının nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədovla dostluq etmdiyi deyilir.


Şərhlər