Menu

"Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - Səfir

09.12.2016, 19:56
"Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - Səfir

Macarıstan səfirliyi NATO əlaqələndirici səfirlik çərçivəsində işlərini daha da genişləndirəcək

"Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir."

"Report"un məlumatına görə, bunu jurnalistlərə Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dünyada daha çox göstərmək lazımdır: "Beynəlxalq aləmdə bununla bağlı az məlumat var. Biz bu məsələ barədə dünya ictimaiyyətinin daha çox bilməsi üçün birlikdə addımlar ata bilərik."

Səfir bildirib ki, NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi mandatını başa vuran Rumıniyanın Bakıdakı səfirliyi ölkədə çoxlu işlər görüb: "Müvafiq mandatı yerinə yetirəcək Macarıstan səfirliyi gələcəkdə işləri daha da genişləndirməyə çalışacaq."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol