Menu

Fransada fövqəladə vəziyyət uzadıla bilər

10.12.2016, 14:50
Fransada fövqəladə vəziyyət uzadıla bilər

Fransa hökuməti ölkədə fövqəladə vəziyyətin uzadılmasını təklif edəcək.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Fransa baş naziri Bernar Kaznöv bildirib.

Bu qərarın dekabrın 13-də təsdiq ediləcəyi ehtimal olunur.

Xatırladaq ki, Fransada fövqəladə vəziyyət ötən il Parisdə törədilən terror hücumlarından sonra tətbiq edilib və hələlik 15 iyul 2017-ci ilə qədər davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol