Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən axşam İstanbulda törədilmiş qanlı terror aktına görə Qazaxıstana bu günə planlaşdırılan rəsmi səfərini təxirə salıb.
Prezidentin administrasiyasından bildirilir ki, səfər daha sonra həyata keçiriləcək. İstanbulda törədilən terrorda əksəriyyəti polislər olmaqla 29 nəfər ölüb, 166 nəfər yaralanıb.


Şərhlər