AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, «İslam dövləti» (İD) adlandırılan qruplaşmanın silahlı dəstələri yenidən Suriyanın Palmir şəhərinə girib. Bu barədə xəbəri insan haqları üzrə Suriya müşahidə məntəqəsinin nümayəndəsinə istinadla, «BBC» telekanalı yayıb.
Orada dəqiqləşdiriblər ki, 9 ay ötəndən sonra qruplaşmanın döyüşçüləri bu qədim şəhərə qayıdıblar və onun şimal-şərq hissəsini tutublar.
Xəbər verilir ki, hal-hazırda Palmir şəhərinin mərkəzində «İD» silahlıları ilə Suriyanın hökumət ordu hissələri arasında döyüşlər gedir.


Şərhlər