Menu

«İsraillə Rusiya arasında Suriya üzrə razılaşma var» - Netenyahu

12.12.2016, 13:58

netanyahu«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsrailin Baş naziri Binyamin Netenyahu bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putinlə özü arasında Suriya üzrə razılaşma var. Onun sözlərinə görə, Təl-Əviv öz üzərinə belə bir öhdəlik götürüb ki, Dəməşq və Tehranın İsrailə hücum etməyəcəyi təqdirdə, İsrail də Suriyaya hücum etməyəcək. Bu barədə Netenyahu Amerikanın «CBS» telekanalına danışıb.

«Putin silahlı qüvvələri Suriyaya göndərmək qərarına gələndə mən, onun yanına getdim və dedim: «Baxın, mən necə hərəkət edirəm. Mən, Suriyaya soxulmayacam, ancaq eyni zamanda, Suriya bizə hücum etsə, əgər İran bizə hücum etmək üçün Suriyadan istifadə etsə, biz onları dayandıracağıq»».

Netenyahu təsdiqləyir ki, Putin buna razılıqla cavab verib: «Ona görə bizim silahlı qüvvələrimiz öz fəaliyyətini koordinasiya edir ki, heç kim İsraillə Rusiyanın təsadüfi toqquşmasını istəmir». O, Rusiya ilə İsrail arasındakı münasibətləri dostluq münasibətləri kimi səciyyələndirib.

2016-cı ildə Putinlə Netenyahu 4 görüş keçirib. Sonuncu görüş İsrail hökuməti başçısının Moskvaya rəfsmi səfəri çərçivəsində baş tutub.

İsrail mütəmadi olaraq, Suriya ərazilərinə zərbələr endirir - onların hədəfi «Hizbullah» qruplaşmasıdır. Təl-Əviv onu terrorçu qruplaşma hesab edir. «Hizbullah» döyüşçüləri isə terrorçular və «mötədil müxalifət»lə mübarizədə Suriyanın hökumət qüvvələrinə kömək edir.

Təl-Əvivlə Dəməşq arasında münasibətlər - xüsusilə də Qolan təpələri uğrunda ərazi iddiaları fonunda - gərgin olaraq qalır. İsrail Qolan təpələri adlanan əraiziləri 1967-ci ildə altıgünlük müharibənin gedişi zamanı işğal edib, ancaq rəsmi Dəməşq bu ərazini özününkü hesab edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol