Menu

Obama yeni ofis icarəyə götürüb

13.12.2016, 09:08
Obama yeni ofis icarəyə götürüb

ABŞ prezidenti Barak Obama Vaşinqtonda, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) binasında yerləşən ofislərdən birini icarəyə götürüb.

APA-nın xəbərinə görə, bu barədə “Washington Post” qəzeti yazıb.

Məlumata görə, WWF ofis sahələrini müxtəlif təşkilatlara icarəyə verir.

Ofis Obamanın ailə isə birgə yaşayacağı evdən 1,6 km aralıda yerləşir. Bununla belə, Obamanın ABŞ prezidenti postunu tərk etdikdən sonra nə ilə məşğul olacağı hələ ki, məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol