Menu

Azərbaycan əhalisinin xərclərinin yarısı ərzağa yönəlir

13.12.2016, 13:27

erzaq(1)Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçılara 26,3 mlrd. manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,7% çox məhsul satılıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 2,6%, qeyri-ərzaq məhsulları üzrə isə 0,7% artıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,7%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6%-i elektrik malları və mebelin, 5,7%-i avtomobil yanacağının, 1,5%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol