Menu

Xainin «nostalji»si - Qorbaçovun «arzu»ları

13.12.2016, 19:28

qorbacov«AzPolitika.info»nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, SSRİ-nin dağılmasının 25-ci ildönümü münasibətilə «TASS» agentliyinə müsahibə verən Mixail Qorbaçov keçmiş SSRİ sərhədləri daxilində yeni bir «İttifaq»ın yaradılmasını istisna etmədiyin deyib.

Keçmiş «gensek» və xain rəhbər qeyd edib ki, baş verən hadisələrə görə, özünü məsuliyyədən kənar saymır. Guya ki, Belovejsk sazişini imzalayanlarla qarşıdurmaya getmək faciəvi nəticələrə gətirib çıxara bilərmiş.

Yeri gəlmişkən, bu gün Kremldə yeni ittifaqın yarana biləcəyi barədə Qorbaçovun fikirlərini şərh etməyiblər. Prezidentin məibuat katibi Dmitri Peskov deyib ki, Sovet İttifaqının sabiq prezidenti öz nöqteyi-nəzərini ifadə edib və o, Qorbaçovun mətbuat katibi deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol