Menu

Argentina prezidentinə qarşı ittiham irəli sürülüb

13.12.2016, 22:35
Argentina prezidentinə qarşı ittiham irəli sürülüb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, hakimiyyətdən sui-istifadəyə görə Argentinanın Prezidenti Maurisio Makriyə qarşı ittiham irəli sürülüb. Bu barədə xəbəri bu gün «Clarin» qəzeti yayıb.

Qəzetin məlumatına görə, bu gün prokuror müxalifətin şikayətini baxılmaq üçün qəbul edib. Deputatlar belə bir ittihamla dövlət başçısını məhkəməyə veriblər ki, o, məmurların qohumlarına kapital amnistiyasında iştirak etməyə imkan verən dekret imzalayıb.

Eyni ittiham ölkənin maliyyə nazirinə qarşı da irəli sürülüb.

Argentina parlamenti vergi amnistiyası barədə qanunu iyun ayının sonunda qəbul edib. Bu təşəbbüsə müvafiq olaraq, argentinalılar elan olunmamış aktivlərini və xarici hesablarını leqallaşdıra bilərlər. Bunun qarşılığında isə həmin vəsaitlərin 15 faizi dövlətə ödənməlidir.

Əvvəlcə, bu qanun məhkəmə, icra və qanunverici hakimiyyət orqanlarının nümayəndələrinə və onların yaxın qohumlarına şamil olunmamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol